Ukrayna Xarkov yaxınlığında bəzi istiqamətlərdə əks-hücuma keçdi

16:05 - 27 Mart 2022

Ukrayna Xarkov yaxınlığında bəzi istiqamətlərdə əks-hücuma keçdi

Ukraynanın müdafiə qüvvələri İzyum şəhəri yaxınlığında Rusiya təyyarəsini vurub və Xarkov yaxınlığında bəzi istiqamətlərdə əks-hücuma keçib.

 

Manset.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov Regional Hərbi Administrasiyasının sədri Oleq Sinequbov teleqram kanalında bildirib.

“İzyum istiqamətində döyüşlər davam edir. Bu gün Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələri İzyum vilayətində Rusiyaya məxsus “Su-34” qırıcısını məhv edib. Bu, düşmən ordusunun ən yeni təyyarələrindən biridir”, - O.Sinegubov yazıb.

Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri Xarkov yaxınlığında mövqelərini qorumaqda davam edir, bəzi istiqamətlərdə isə əks-hücum əməliyyatına başlayıblar.

“Ötən gecə Xarkovda atışma davam edib, işğalçılar uzaqmənzilli silahlardan zərbələr endiriblər - təxminən 15 dəfə. Gecə saatlarında Xarkov xilasediciləri işğalçıların açdığı atəş nəticəsində Moskva və Sloboda rayonlarında yaranan yanğınları söndürmək üçün hadisə yerinə gediblər”, - məlumatda deyilir.

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri işğalçıları digər yaşayış məntəqəsindən - Qusarovkadan qovub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az