Rusiya Ukraynadan çıxacağı təqdirdə Britaniya sankisyaları ləğv edə bilər.
Manset.az xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Liz Trass deyib.
"Gələcəkdə mümkün sülh danışıqlarına kömək etmək üçün Xarici İşlər Nazirliyində danışıq bölməsi yaratmışıq. Tam atəşkəs və geri çəkilmə vəziyyətində Rusiya banklarına, firmalarına və oliqarxlarına qarşı sanksiyaları ləğv edə bilərik", - Trass qeyd edib.