Bu ölkə Rusiyanın kəşfiyyatı ilə gizli əməkdaşlıq edir - KİV

17:47 - 27 Mart 2022

Bu ölkə Rusiyanın kəşfiyyatı ilə gizli əməkdaşlıq edir - KİV

“Avstriyanın Müdafiə Nazirliyi Rusiya Baş Kəşfiyyat İdarəsinin şöbəsinə çevrilib. Bir sıra Avropa ölkələri hələ də daxili müşahidədəki məhdudiyyətlər və resursların çatışmazlığı səbəbindən öz hərəkətləri üçün ABŞ və Britaniyanın kəşfiyyat məlumatlarına arxalanır”.

 

Manset.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti Avropa kəşfiyyatının nümayəndəsi və avropalı diplomatın sözlərinə istinadən yazıb.

Onların sözlərinə görə, Avstriya Rusiyanın gizli tədbirləri üçün mərkəzə çevrilib.

Nəşr qeyd edib ki, Avstriyanın kəşfiyyat idarəsi, konstitusiyanın müdafiəsi və terrorizmlə mübarizə qurumu o qədər “etibarsız” hesab olunur ki, bir müddət Avropa səviyyəsində əksər kəşfiyyat məlumatlarının mübadiləsi fəaliyyətindən kənarlaşdırılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az