Rusiya Xarici İşlər Nazirliyi 4 Litvalı diplomatın, 3 Latviya və Estoniya diplomatının "persona non-qrata" elan edildiyini açıqlayıb.
Manset.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada üç ölkənin Moskva səfirlərinin nazirliyə çağırıldığı və ümumilikdə 10 diplomata “persona non qrata” elan edilərək diplomatik nota verildiyi qeyd edilib.
Bəzi rus diplomatların haqsız və təxribatçı bir şəkildə Baltikyanı ölkələrdən qovulduğunu bəyan edilən açıqlamada “Qarşılıqlılıq nəzərə alınaraq Rusiyada "persona-non-qrata" elan edilmiş diplomatlardan rus diplomatlarının Baltikyanı ölkələrdən çıxması üçün verilən müddət ərzində Rusiya ərazisini tərk etmələri tələb olunur” deyilib.
Litva, Latviya və Estoniyanın xarici işlər nazirləri martın 18-də bildiriblər ki, ümumilikdə 10 rusiyalı diplomat sözügedən ölkələrdə "persona non-qrata" elan edilib.