Zelenski Putinin səhhətindən danışıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenski deyib ki, Putinin səhhəti ilə bağlı şayiələr onu maraqlandırmır, lakin ehtimal edib ki, onun rusiyalı həmkarı Ukrayna üçün təhlükə yaradan daha da ağır xəstəlikdən əziyyət çəkir.
“Vladimir Putinə nə olduğunu bilmirəm. Düşünürəm ki, onun ciddi xəstəliyi var. Mən onların torpaqlarımızda törətdikləri işğal xəstəliyini, işgəncəni nəzərdə tuturam”.
Zelenski Putini əhatə edən insanların “son dərəcə yüksək acgözlükdən” əziyyət çəkdiyini də irəli sürüb.