Çikaqoda yoldan keçənlərə atəş açılıb: Ölən və yaralananlar var - FOTO/VİDEO

13:30 - 02 İyul 2022

Çikaqoda yoldan keçənlərə atəş açılıb: Ölən və yaralananlar var - FOTO/VİDEO

Çikaqoda (İllinoys ştatı) naməlum şəxs yoldan keçənlərə atəş açıb. Silahlı hücum nəticəsində iki kişi və iki qadın olmaqla dörd nəfər yaralanıb.

 

Manset.az xəbər verir ki, bu barədə şəhər polisindən məlumat verilib.

Bildirilir ki, yaralılar xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Bəzi media orqanlarında isə iki nəfərin öldüyü, üç nəfərin yaralandığı bildirilir.

Hadisəni törədən şəxs atışmadan sonra hadisə yerindən qaçıb. Polis axtarışlara başlayıb.

Hadisə ilə bağlı cinayət işi açılıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az