Rusiyanın Ukraynadakı müharibədə itkiləri – FOTO

13:55 - 02 İyul 2022

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi təxminən 35 870-ə yaxın canlı qüvvəsini itirib.

Bundan başqa, Rusiyanın 1 582 ədəd tankı, 3 737 ədəd zirehli döyüş maşını, 800 ədəd artilleriya sistemi, 246 ədəd reaktiv yaylım atəşi sistemi, 105 hava hücumundan müdafiə sistemi, 217 ədəd hərbi təyyarəsi, 186 ədəd helikopteri, 144 qanadlı raketi, 2 614 ədəd nəqliyyat vasitəsi və avtoçən, 15 ədəd gəmi-kateri, 653 ədəd dronu və 61 ədəd xüsusi texnikası məhv edilib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az