3 gün əvvəl dövlətə xəyanətə görə həbs edilən rusiyalı alim öldü

11:32 - 03 İyul 2022

3 gün əvvəl dövlətə xəyanətə görə həbs edilən rusiyalı alim öldü

Novosibirsk Dövlət Universitetinin (NSU) kvant optik texnologiyaları laboratoriyasının rəhbəri, alim Dmitri Kolker xərçəng xəstəliyindən vəfat edib.

 

Manset.az xəbər verir ki, bu barədə “Mash Sibir” teleqram kanalı məlumat yayıb. Bildirilir ki, alim xərçəngin dördüncü mərhələsi üçün müalicə alırdı.

O, iyunun 30-da Kolker xəstəxanadan çıxarılaraq Moskvadakı Lefortovo istintaq təcridxanasına aparılıb. Bu gün yaxınlarına bildirilib ki, iyulun 2-də Dmitri Kolker xəstəxanada dünyasını dəyişib.

Bundan əvvəl Novosibirsk şəhərinin Sovet Rayon Məhkəməsi Dmitri Kolkeri dövlətə xəyanətdə ittiham edərək həbs edib. O, Çin kəşfiyyatına dövlətin məxfi məlumatlarını verməkdə ittiham olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az