Ukrayna daha bir şəhərə nəzarəti itirir

13:52 - 03 İyul 2022

Ukrayna daha bir şəhərə nəzarəti itirir

Rusiya Ordusu Lisiçansk rayonunda möhkəmlənir və Lisiçansk şəhərini məhv edir.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın Luqansk vilayətinin Hərbi Administrasiyasının sədri Sergey Qayday bildirib.

Sergey Qayday deyib ki, Rusiya yəqin ki, Lisiçanska bütün qüvvələrini yönəldib, bütün silah növlərindən istifadə edilir. Luqansk vilayətinin Hərbi Administrasiyasının sədrinin sözlərinə görə, Rusiya Ordusu ciddi itkilər versə də, inadla irəliləyir: “Onlar şəhərdə, həmçinin Vernekamenk yaşayış məntəqəsində möhkəmlənir, yaşayış məntəqələrini məhv etməyə davam edir”.

Çeçenistan Respublikasının rəhbəri Ramazan Kadırov isə "Telegram"-da artıq Lisiçansk şəhərinin tam nəzarətə götürüldüyünü yazıb.

Qeyd edək ki, Lisiçansk Luqansk vilayətində Ukraynanın nəzarətində qalan son şəhər olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az