Paşinyan amerikalı ekspertlə görüşdü

17:40 - 04 İyul 2022

Paşinyan amerikalı ekspertlə görüşdü

Ermənistan Baş naziri Nikol Paşinyan amerikalı xarici siyasət üzrə ekspert, Milli Demokratiya Fondunun prezidenti Deymon Vilsonla görüşüb.

 

Manset.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Paşinyan bildirib ki, demokratiyanın inkişafı və möhkəmləndirilməsi Ermənistan hökumətinin ən mühüm prioritetlərindən biridir və ölkədə bir sıra sahələrdə demokratik islahatlar aparılır.

Deymon Vilson Milli Demokratiya Fondunun demokratiyanın inkişafı istiqamətində müxtəlif erməni strukturları ilə sıx əməkdaşlığa sadiqliyini qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az