Bu ölkədə yoluxma artdı: 1,7 milyon insan karantinə alındı

18:41 - 04 İyul 2022

Bu ölkədə yoluxma artdı: 1,7 milyon insan karantinə alındı

Çində koronavirusa bir gündə 300-ə yaxın yeni yoluxma hadisəsinin qeydə alındığı Anhui əyalətində 1.7 milyon insan karantinə alınıb.

Manşet.az xəbər verir ki, Çinin Milli Səhiyyə Komissiyası əyalətdə son sutkada 287 yeni yoluxma faktının aşkarlandığını, o cümlədən simptomları olmayan 258 nəfərin olduğunu açıqlayıb.

Ümumilikdə əyalətin 1 000-dən çox sakinində koronavirusa yoluxma qeydə alınıb.

Əyalət qubernatoru Vanq Qinqxian Anhui hökuməti tərəfindən yayımlanan bəyanatda yerli hakimiyyət orqanlarını diqqətli olmağa və ciddi şəkildə sürətli yoxlama aparmağa çağırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az