Putin bu generallara Rusiya Qəhrəmanı adı VERDİ

19:41 - 04 İyul 2022

Putin bu generallara Rusiya Qəhrəmanı adı VERDİ

Rusiya Prezidenti Vladimir Putin Mərkəzi Hərbi Dairənin komandanı, general-polkovnik Aleksandr Lapin və Cənub Hərbi Dairəsinin 8-ci ordu komandanını müavini Əsədulla Abaçevə Rusiya Qəhrəmanı adını verib.

Manşet.az xəbər verir ki, Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşü zamanı bu gün sərəncam imzalayacağını bildirib.

“Mərkəzi Hərbi Dairəsinin komandiri, general-polkovnik Lapinə və Cənub Hərbi Dairəsinin 8-ci ordu komandirinin müavini general-mayor Abaçevə Rusiya Qəhrəmanı adının verilməsi təklifinizlə razıyam. Prezidentin müvafiq sərəncamı bu gün imzalanacaq”, - Putin bildirib.

Qeyd edək ki, dünən general-polkovnik Aleksandr Lapinin komandanlığı altında yerləşən Mərkəz Hərbi Dairəsinin qüvvələri Cənub Hərbi Dairəsinin qüvvələri ilə birlikdə Lisiçanskı işğal edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az