Britaniya Belarusa qarşı yeni sanksiyalar tətbiq EDİR

19:45 - 04 İyul 2022

Britaniya Belarusa qarşı yeni sanksiyalar tətbiq EDİR

Böyük Britaniya Belarusa qarşı yeni sanksiyalar elan edib.

Manşet.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.

Onlar iyulun 5-dən qüvvəyə minəcək. Sanksiyaların Minskin Rusiyanın Ukraynadakı hərbi əməliyyatını dəstəkləməsinə cavab olaraq tətbiq edildiyi vurğulanır.

Qadağa Belarus və Böyük Britaniya arasında təxminən 60 milyon funt-sterlinq (təxminən 73 milyon ABŞ dolları) məbləğində idxal və ixracı əməliyyatlarını dayandəracaq.

Belarusa neft məhsulları, dəbdəbəli mallar, qabaqcıl texnologiyalar üçün komponentlərin satışına da sanksiyalar tətbiq olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az