Ukraynaya göndəriləcək “Bayraktar” dronu Litvaya çatdırıldı

19:59 - 04 İyul 2022

Ukraynaya göndəriləcək “Bayraktar” dronu Litvaya çatdırıldı

Ukraynaya üçün nəzərdə tutulan “Bayraktar” döyüş pilotsuz təyyarəsi Litvaya təhvil verilib.

Manşet.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anuşauskas bildirib.

“Vanaqas” (lit. “Şahin”) adlı “Bayraktar” bütün təchizatı ilə birlikdə artıq Litvadadır!”, – deyə nazir “Facebook” sosial şəbəkəsində qeyd edib. Onun sözlərinə görə, Mindauqasın tacqoyma günü (6 iyul) Litva Hərbi Hava Qüvvələrinin Şaulyay bazasında pilotsuz təyyarənin rəsmi təqdimatı keçiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az