Fransanın müxalifət partiyaları yeni hökumətdəki mandatlardan imtina etdilər

20:15 - 04 İyul 2022

Fransanın müxalifət partiyaları yeni hökumətdəki mandatlardan imtina etdilər

 Fransanın yeni hökumətinin tərkibi müxalif siyasi qüvvələrin hakim partiya ilə birlikdə orada işləməkdən imtina etməsi nəzərə alınaraq elan edilib.

Manşet.az xəbər verir ki, bu barədə  prezident Emmanuel Makron yeni kabinetin ilk iclasında bildirib:

"Baş nazir Elizabet Bourne mənə ötən həftəki məsləhətləşmələrin nəticələri barədə məlumat verdi. Müxalifət partiyalarının koalisiya hökumətində iştirak etmək istəyinin olmaması nəzərə alınmalıdır", - Makron açılış mərasimində deyib.  

Makron vurğulayıb ki, ölkədəki siyasi vəziyyət hökumətdən iddialı və fəal mövqe tələb edir: 

“Ölkəmizə islahatlara, transformasiyalara, eləcə də çətin kompromislərə görə məsuliyyət lazımdır. Fransa üçün əsl müstəqillik qurmaq üçün xüsusilə ekologiya və demoqrafiya sahəsində dərin dəyişikliklər etmək lazım gələcək"-deyə Makron bildirib. 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az