ABŞ-ın İllinoys ştatında Müstəqillik Günü paradında silahlı şəxs atəş açıb.
Manşet.az xəbər verir ki, hadisə Haylend Parkda baş verib.
Məlumata görə, nəticədə azı iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Yerli sakinlər 25-ə yaxın atəş səsi eşitdiklərini bildiriblər.
İnsidnetin baş verdiyi əraziyə polis və yanğınsöndürmə xidmətləri gəlib.