“Rusiya ATƏT PA-dan çıxmaq fikrində deyil”

19:36 - 05 İyul 2022

“Rusiya ATƏT PA-dan çıxmaq fikrində deyil”

"Rusiya nümayəndə heyəti ATƏT-in Parlament Assambleyasından çıxmağı planlaşdırmır".

Manşet.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq komitə rəhbərinin birinci müavini, Rusiya nümayəndə heyətinin rəhbərinin müavini Vladimir Cabarov deyib.

"Əgər kimsə xəyal edirsə ki, ATƏT PA-dan çıxacağıq, dərin yanılır. Çünki Rusiya ATƏT-i yaradan ölkələr sırasında olub", - siyasətçi bildirib.

Cabarovun sözlərinə görə, ATƏT və AŞPA arasında fərq budur ki, Rusiya Avropa Şurasına üzv olanda assambleya artıq mövcud idi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az