Rusiya bu il “Uşaq Avroviziyası”nda iştirak etməyəcək

20:44 - 05 İyul 2022

Rusiya bu il “Uşaq Avroviziyası”nda iştirak etməyəcək

“20-ci Beynəlxalq “Uşaq Avroviziyası” Mahnı Müsabiqəsinin milli seçmə mərhələsi üçün ərizələrin qəbulu ləğv edilib”.

Manşet.az xəbər verir ki, bunu Rusiyada seçimin təşkilatçısı olan İqor Krutoy deyib.

Bildirilib ki, buna Avropa Yayım İttifaqının Rusiyanı “Avroviziya – 2022” mahnı müsabiqəsindən kənarlaşdırmağından sonra cavab olaraq Rusiyanın “Birinci kanalı”nın, Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Kompaniyasının və “Ostankino” Radio evinin qurumdan çıxması səbəb olub.

Qeyd edək ki, "Uşaq Avroviziyası" mahnı müsabiqəsi bu il İrəvanda keçiriləcək. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az