KFC Rusiyanı tərk EDİR

21:29 - 05 İyul 2022

KFC Rusiyanı tərk EDİR

KFC “fast food” şəbəkəsinin sahibi olan “Yum! Brands” şirkəti Rusiyadakı biznesini yerli operatora satmaq üçün əsaslı danışıqlar aparır.

Manşet.az xəbər verir ki, bu barədə çərşənbə axşamı şirkətin mətbuat xidməti məlumat yayıb.

“Şirkət KFC restoranlarını, əməliyyat sistemini və françayzinq hüquqlarını, o cümlədən françayzinq restoran şəbəkəsini yerli operatora ötürmək üçün danışıqların öncül mərhələsindədir”, - şirkətin saytında yerləşdirilən məlumatda deyilir.

Qeyd edək ki, bundan öncə daha bir “fast food” nəhəngi – “McDonals” da Rusiyada bazarını tərk edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az