"Taxıl böhranı ilə bağlı danışıqlar 10 gün ərzində intensivləşəcək" - Ərdoğan

21:52 - 05 İyul 2022

\"Taxıl böhranı ilə bağlı danışıqlar 10 gün ərzində intensivləşəcək\" - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan İtaliyanın Baş naziri Mario Draqi ilə qeyri-qanuni miqrasiya ilə mübarizə, regional əməkdaşlıq, həmçinin, Ukrayna və Liviyadaki vəziyyəti müzakirə edib.

Manşet.az xəbər verir ki, bu barədə Ərdoğan italiyalı həmkarı ilə birgə mətbuat konfransı zamanı deyib. Dövlət başçısı qeyd edib ki, iki ölkə əməkdaşlığı daha da gücləndirmək istəyir.

Ərdoğan Ukrayna müharinəsində danışıqlar prosesinə qayıtmağın və taxıl dəhlizinin açılmasının vacibliyini vurğulayıb. O, taxıl dəhlizi ilə bağlı 10 gün ərzində danışıqları intensivləşdirib nəticə əldə etməyə çalışacağını bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az