Ölüm yatağında evləndi - Ən gözəl toy hədiyyəsini aldı

15:58 - 06 İyul 2022

Ölüm yatağında evləndi - Ən gözəl toy hədiyyəsini aldı

Xəstəxanada öləcəyini düşünüb son nəfəsini verməzdən əvvəl sevdiyi qadınla evlənməyə qərar verən kişi dünyanın ən gözəl toy hədiyyəsini alıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 47 yaşlı Maurizio Kalorio iyun ayında infarkt keçirdikdən sonra həyati dəstək aparatına yerləşdirilib.

Ona yalnız bir neçə həftə yaşaya biləcəyini bildiriblər. 

Xəstəxanada olan adama onun hər keçən gün ölümə yaxınlaşdığı deyilirdi.

Mauritsio ölməzdən əvvəl son arzusunun illərdir birlikdə olduğu sevgilisi, 42 yaşlı Silvia Duka ilə evlənmək olduğuna qərar verib.

Cütlük Mauritsionun xəstəxana otağında evlənib.

Onlar sentyabrda evlənməyə qərar verdiklərini, amma o vaxta kimi zamanları olub-olmayacağını bilmədiklərini, buna görə də elə buradaca evləndiklərini bildiriblər.

Əslində, Mauritsio Kalorio vəziyyəti pisləşdiyi üçün ürək nəqli gözləmə siyahısında idi, lakin cütlüyün toylarına qədər gözləmək şansı yox idi.

Xəstəxanadakı nikah mərasimindən bir neçə saat sonra Mauritsioya uyğun ürəyin tapıldığı bildirilib. 

Bu, onlar üçün ən yaxşı toy hədiyyəsi olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az