ŞOK HADİSƏ: Ana plastik əməliyyat üçün körpəsini 2660 manata SATDI

18:31 - 06 İyul 2022

ŞOK HADİSƏ: Ana plastik əməliyyat üçün körpəsini 2660 manata SATDI

Dağıstanda 33 yaşlı qadın rinoplastika üçün yeni doğulmuş uşağını 100 min rubla (təxminən 2660 manata) satıb.

Manşet.az lent.az-a istinadla bildirir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, rusiyalı qadın körpəni doğum evinə qoymaq istəyib. Lakin qonşusu körpəni Serqokalinski rayonundan olan tanış ailəyə verməyi təklif edib.

Əvvəlcə qadın alıcılardan cəmi 20 min rubl (təxminən 532 manat) istəyib. Ailələrdən biri uşağı həmin qiymətə götürüb. Lakin sonradan uşağı satan ana rinoplastika əməliyyatı etdirmək üçün onlardan daha 100 min rubl (təxminən 2660 manat) da tələb edib.(lent.az)


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az