"Türkiyənin taxıl dəhlizi ilə bağlı danışıqları müsbət nəticə verir" - Hulusi Akar

19:03 - 06 İyul 2022

\"Türkiyənin taxıl dəhlizi ilə bağlı danışıqları müsbət nəticə verir\" - Hulusi Akar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “ərzaq böhranı”nın həlli üçün göstərdiyi diplomatik səylər çərçivəsində apardığı danışıqlar müsbət şəkildə inkişaf edir.

Manşet.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. O qeyd edib ki, Türkiyə tərəfi taxıl koridoru ilə bağlı Ukrayna, Rusiya və BMT ilə koordinasiyalı işləməyə davam edir.

Nazir, yaxın gələcəkdə müsbət nəticələrin əldə edilməsi üçün lazım olan addımların atıldığını da vurğulayıb.

Taxıl dəhlizi ilə bağlı məsələnin gecikməsi sualına cavab verən nazir ölkələrin narahatçılığı kimi müxtəlif məsələlərin olduğunu vurğulayıb:

“Bununla bağlı dörd mühüm faktor var: Türkiyə, Rusiya, Ukrayna və BMT. Mövzu ilə bağlı dəniz naviqasiyasında təhlükəsizlik ölçüsü var. Minaların və limanların təhlükəsizliyi məsələsi var. Ölkələrin narahatçılığı kimi müxtəlif məsələlər var. BMT-nin bəzi qətnamələri, çərçivəsi və planı var. Bütün bunlar qiymətləndirilir və bir yol tapmaq üçün səy göstərilir. Ağıllı beynəlxalq şəxslər, qurumlar və hökumətlər Türkiyənin etdiklərini yüksək qiymətləndirirlər”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az