ABŞ sanksiyaları İranın neft və neft-kimya ticarət şəbəkəsini hədəf aldı

22:40 - 06 İyul 2022

ABŞ sanksiyaları İranın neft və neft-kimya ticarət şəbəkəsini hədəf aldı

ABŞ administrasiyası İranın Şərqi Asiyaya neft və neft-kimya məhsulları satmasına kömək etdiklərini əsas gətirərək beynəlxalq şəxslər və təşkilatlar şəbəkəsini sanksiya siyahısına əlavə edib.

Manşet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb.

Açıqlamada İranda yerləşən “Jam Petrochemical Company” də daxil olmaqla, təşkilat və şəxslərdən ibarət beynəlxalq şəbəkənin sanksiya siyahısına salındığı qeyd edilib.

Maliyyə Nazirliyinin Terrorizm və Maliyyə Kəşfiyyatı üzrə Müşaviri Brayan Nelson, “ABŞ Birgə Hərtərəfli Fəaliyyət Planına qarşılıqlı şəkildə əməl etmək üçün İranla razılığa gəlməyə sadiq olsa da, İran nefti və neft-kimya məhsullarının satışına qarşı sanksiyalar tətbiq etmək üçün bütün səlahiyyətlərimizdən istifadə etməyə davam edəcəyik” deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az