Həbsxanaya basqın: 900-ə yaxın məhbus qaçdı

23:06 - 06 İyul 2022

Həbsxanaya basqın: 900-ə yaxın məhbus qaçdı

Nigeriyanın paytaxtı Abuca yaxınlığındakı Kuje həbsxanasına basqın zamanı 900-ə yaxın məhbus qaçıb. Bildirilib ki, qaçan məhbuslardan 443-ü ələ keçirilib, onlardan 400-ü hələ də qaçaqdır.

Manşet.az xəbər verir ki, naməlum silahlı şəxslər ötən gecə Nigeriyanın paytaxtı Abucanın bir qədər kənarında yerləşən Kuje həbsxanasına basqın ediblər.

Basqın zamanı təhlükəsizlik qüvvələri ilə hücum edənlər arasında qarşıdurma yaranıb və təxminən 900 məhbusun həbsxanadan qaçdığı bildirilib. Basqının terror təşkilatı Boko Haram tərəfindən həyata keçirildiyini deyən səlahiyyətlilər, qarşıdurmada 4 məhbus, 1 mühafizəçi və çoxlu hücumçunun öldürüldüyünü, 16 nəfərin yaralandığını bildirib.

Səlahiyyətlilər hücum zamanı həbsxanada minə yaxın məhbusun olduğunu, basqın zamanı demək olar ki, bütün məhbusların qaçdığını, lakin 443 məhbusun sonradan tutulduğunu, 400 məhbusun isə hələ də qaçaq olduğu bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az