Avropada iqtisadi şok yaşana bilər - Qorxulu PROQNOZ

23:46 - 06 İyul 2022

Avropada iqtisadi şok yaşana bilər - Qorxulu PROQNOZ

Avro ucuzlaşmaqda davam edir, dollarla paritetə ​​yaxınlaşır. İyulun 6-da avronun məzənnəsi 2002-ci ilin əvvəlindən bəri ən aşağı səviyyəyə - 1 dollar üçün 1,0168-ə düşüb.

Manşet.az xəbər verir ki, bunu Investing.com platformasının məlumatları sübut edir.

"Bloomberg" agentliyinin hesabatına görə, avronun ucuzlaşması avrozonada tənəzzül riski, xüsusən də Rusiyadan qaz nəqlinin azalması ilə əlaqədardır.

"Bloomberg" analitikləri avronun böyük ehtimalla gələn ay dollarla paritetə ​​çatacağını ehtimal edirlər.

Bəzi maliyyəçilər hətta avronun dəyərinin 1 dollardan aşağı düşəcəyini proqnozlaşdırırlar. Səbəb Rusiyanın Avropaya qaz tədarükünü azaltmasıdır ki, bu da regionu tənəzzülə sürükləyəcək və iqtisadi şoka səbəb olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az