Putinin sözçüsündən Boris Consonun istefasına REAKSİYA

18:08 - 07 İyul 2022

Putinin sözçüsündən Boris Consonun istefasına REAKSİYA

“Kreml baş verənləri hökumət böhranının təzahürü hesab edir”.

Manşet.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Böyük Britaniyanın baş naziri Boris Consonun istefası ilə bağlı xəbərləri şərh edərkən deyib.

“Böyük Britaniyadakı vəziyyət, hökumət böhranı bizim işimiz üçün prioritet ola bilməz. Amma təbii ki, diqqət yetiririk. Cənab Consonun özünə gəlincə, o, bizi çox da sevmir. Biz də onu”, - Peskov bildirib.

Peskov Böyük Britaniyanın baş nazirinin istefası fonunda Avropa ölkələrinin Ukrayna ilə bağlı düşüncələrinin necə dəyişə biləcəyi sualı cavabsız qoyub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az