Aİ Ukraynadan ixrac etdiyi taxılın miqdarı bəlli oldu

20:41 - 07 İyul 2022

Aİ Ukraynadan ixrac etdiyi taxılın miqdarı bəlli oldu

Avropa İttifaqı aprel ayından başlayaraq Ukraynadan 5,8 milyon ton taxıl ixrac edib.

Manşet.az "Report"a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici siyasət komissarı Jozep Borrel tviterdə bildirib.

"Bizim həmrəylik xətlərimiz Ukraynanın köhnə taxıl ehtiyatlarını təmizləmək, idxal və ixrac axınını yaxşılaşdırmaq üçün çalışır. İyun ayında 2,5 milyon ton ixrac edilib. Tədarük həcmi təxminən iki dəfə artıb", - o əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az