ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq ETDİ

23:03 - 07 İyul 2022

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq ETDİ

ABŞ Çinə neft məhsullarının ixracı ilə bağlı İrana qarşı yeni sanksiyalar tətbiq edib.

Manşet.az xəbər verir ki, Dövlət Departamenti İran neft məhsullarının qeyri-qanuni satışı və tədarükü ilə əlaqəli 15 fiziki və hüquqi şəxs müəyyən edib.

Məhdudiyyətlər neft məhsullarının ölkədən Şərqi Asiyaya ixracını asanlaşdıran beynəlxalq şirkətlərə şamil edilir.

Maliyyə Nazirliyi, həmçinin İran, Honq-Konq və BƏƏ-də yerləşən səkkiz hüquqi və iki fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.

Sanksiyalar ABŞ maliyyə sistemindəki fiziki şəxslərin və ya qurumların hər hansı aktivlərini dondurur.

ABŞ və İran daha əvvəl 2015-ci il üçün Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) yenilənməsi ilə bağlı danışıqlar aparıblar. Sonuncu raund iyunun 29-da Dövlət Departamentinin Tehranı sövdələşmə ilə bağlı qərar qəbul etməyə hazır olmamaqda ittiham etməsi ilə başa çatıb.

Əgər ABŞ və İran JCPOA-nı yeniləmək barədə razılığa gələ bilsələr, neft sanksiyalarının yumşaldılması hazırda qısa müddətdə tədarükü artırmaq üçün çox az variantı olan qlobal bazara gündəlik 1 milyon barelə qədər nefti qaytara bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az