Yaponiyanın sabiq Baş naziri çıxış edərkən güllələndi - VİDEO

08:49 - 08 İyul 2022

Yaponiyanın sabiq Baş naziri çıxış edərkən güllələndi - VİDEO

Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe silahlı hücuma məruz qalıb.

 

Bu barədə Mansert.az “Qafqazinfo”ya istinadən xəbər verir.

Hadisə Nara şəhərində, sabiq nazirin kütlə qarşısında çıxışı zamanı qeydə alınıb.

Məlumata görə, diplomat ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, hücum edən şəxs isə saxlanılıb. Onun iki dəfə atəş açdığı bildirilir.

Qeyd edək ki, Şinzo Abe iki dəfə sözügedən vəzifədə çalışıb. Bu, 2006-2007-ci və 2012-2020-ci illərə təsadüf edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az