ABŞ-dən İrana böyük ittiham: Ukraynadakı müharibədə birbaşa iştirak edir

10:39 - 21 Oktyabr 2022

ABŞ-dən İrana böyük ittiham: Ukraynadakı müharibədə birbaşa iştirak edir

Rusiyanın Ukraynaya hücumunda İran pilotsuz təyyarələrindən istifadə etdiyi iddiası ilə bağlı ABŞ-dən diqqətçəkən açıqlama gəlib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyanın Kiyevdəki hava hücumlarında İran pilotsuz uçan aparatlarından istifadə etdiyini təsdiqlədiklərini ifadə edən Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə direktoru Con Kirbi İranın indi birbaşa olaraq müharibədə iştirak etdiyini bildirib:

“İran və Rusiya yalan danışaraq İranın Rusiyaya pilotsuz təyyarələr verdiyini inkar edirlər. Bu ölkələr bütün dünyaya yalan danışa bilər, amma həqiqəti gizlədə bilməzlər. İran indi meydandadır, müharibədə birbaşa iştirak edir. Rusiyanın gələcəkdə sursat çatışmazlığı səbəbindən İrandan başqa silahlar da almasından narahatıq”.

ABŞ-ın həm İran, həm də Rusiyaya qarşı sərt sanksiyalarını davam etdirəcəyini vurğulayan Kirbi, "İranın Rusiyaya silah satmasını çətinləşdirəcəyik" deyib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az