“Bomba zarafatı” uçuşu ləğv etdirdi

21:27 - 21 Oktyabr 2022

“Bomba zarafatı” uçuşu ləğv etdirdi

Türk Hava Yollarının (THY) Lissabon-İstanbul reysi zamanı sərnişinlərdən biri təyyarədə bomba olduğunu bildirib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb edilib və təyyarə təhlükəsiz yerə çəkilib.

Təhlükəsizlik axtarışları zamanı heç bir neqativ hal aşkarlanmayıb. “Bomba zarafatı” etdiyi anlaşılan sərnişin nəzarətə götürülüb.

Prosedurların uzun sürməsi səbəbindən uçuş heyətinin iş saatları bitdiyi üçün uçuş təxirə salınıb


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az