Azərbaycanda qəzaya düşən Binəli Yıldırım əməliyyat olundu - Nazir son vəziyyəti açıqladı (FOTO)

12:47 - 22 Oktyabr 2022

Azərbaycanda qəzaya düşən Binəli Yıldırım əməliyyat olundu - Nazir son vəziyyəti açıqladı (FOTO)

Türkiyənin səhiyyə naziri Fahrettin Koca Binəli Yıldırımın əməliyyatdan sonrakı vəziyyətini paylaşıb.

 

Manset.az istinadən xəbər verir ki, Koca prezident Rəcəb Tayyib Ərdoğanla birgə Binəli Yıldırımı ziyarət edib.

"Baş dərisindəki toxuma itkisi ilə əlaqədar edilən toxuma transplantasiyası əməliyyatı uğurla həyata keçirildi. Proses zamanı mən də onun yanında idim. Biz prezidentimizlə birgə Binəli Yıldırımı ziyarət etdik. O sizə öz salamlarını çatdırır", - deyə F.Koca bildirib.

Qeyd edək ki, Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin müavini Binəli Yıldırım və partiyanın İstanbul millət vəkili Şamil Ayrımın xəsarət aldıqları avtomobil qəzası oktyabrın 20-si Zəngilandan geri qayıdarkən baş verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az