İranın Tehran şəhərində ikimərtəbəli ticarət kompleksində yanğın baş verib.
Manset.az xəbər verir ki, günorta saatlarında ticarət mərkəzinin birinci mərtəbəsindən başlayan yanğına hazırda müdaxilə edilir.
Ərazidə qatı tüstü olduğu bildirilir. Yeddi nəfərin tüstüdən zəhərləndiyi bildirilir.