Bayden Ağ Evin bağçasında yolunu azdı - VİDEO

18:18 - 25 Oktyabr 2022

Bayden Ağ Evin bağçasında yolunu azdı - VİDEO

Ağ Evin bağçasında Prezident iqamətgahı ərazisinin nəzarətçisi Deyl Heyninin xidməti fəaliyyətinin 50 illiyi şərəfinə ağacəkmə mərasimi keçirilib.

 

Manset.az xəbər verir ki, tədbirdə iştirak edən ABŞ Prezidenti Co Bayden mərasimdən sonra yolu səhv salıb.

Bununla bağlı yayılan görüntülərdə 79 yaşlı Amerika liderinin ağac əkdikdən sonra çıxışa yox, bağın dərinliyinə doğru yol irəlilədiyi görünür. Sonra o dayanır və mühafizəçilərdən, “Hara getməliyəm?” - deyə soruşur.

Ona doğru yol göstərildikdən sonra Bayden bununla bağlı zarafat edir. Əvvəlcə başqa yolla getmək istədiyini bildirən Prezident hərəkətlərini seçməkdə “çox sərbəstliyə sahib olduğunu” əlavə edir.

Bundan sonra o, həyat yoldaşı Cil Baydenlə birlikdə çıxışa doğru yollanır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az