Ukrayna hərbçiləri işğal altında olan Donetsk vilayətinin Şaxtyorsk şəhərindəki Rusiyanın neft bazası və dəmiryol vağzalına zərbələr endiriblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.
Zərbələrin HIMARS raketləri ilə endirildiyi bildirilib.
Hücum yanacaq dolu dəmiryol çənlərinin alışmasına səbəb olub.