Ağ Ev İranda etirazçılara dəstək verdi

23:34 - 27 Oktyabr 2022

Ağ Ev İranda etirazçılara dəstək verdi

"Vaşinqton İrandakı etirazçıları dəstəkləyir və hesab edir ki, ölkədə hakimiyyət dəyişikliyi olub-olmaması onların öz ixtiyarındadır".

 

Manset.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

"Bu, İran xalqının qərarıdır. Şübhəsiz ki, İran xalqı öz gələcəyini müəyyən etməlidir. "Əlbəttə ki, biz dinc etiraz hüququnu dəstəkləyirik və təbii ki, hökumətin etirazları zorakılıqla basdırmaq cəhdinə qarşıyıq", - Kirbi deyib.

Kirbi qeyd edib ki, hazırda Vaşinqtonun diqqəti dinc etiraz hüququnu müdafiə etməyə yönəlib


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az