Şimali Koreya Yapon dənizinə 2 ballistik raket atdı

09:48 - 28 Oktyabr 2022

Şimali Koreya Yapon dənizinə 2 ballistik raket atdı

Cənubi Koreya Baş Qərargahı və Yaponiya hökuməti Şimali Koreyanın Yapon dənizi (Şərq dənizi) istiqamətində iki ballistik raket atdığını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yaponiya hökuməti raketlərin Yaponiyanın eksklüziv iqtisadi zonasından kənara düşdüyünü və ərazidəki gəmilərə və təyyarələrə heç bir ziyan dəymədiyini açıqlayıb.

Raket sınaqlarının bu həftənin əvvəlində ABŞ və Cənubi Koreyanın birgə hərbi hava təlimi keçirməmişdən əvvəl baş tutması diqqət çəkib.

Pxenyan administrasiyası Birləşmiş Millətlər Təşkilatının qətnamələrini pozaraq 2022-ci ilin əvvəlindən 28-ci cəhdini həyata keçirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az