İngiltərə Kral Sikkəxanası yeni monarx Kral Çarlzın portreti olan ilk sikkəni zərb edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ənənəyə görə, pul üzərində hər yeni monarxın portreti yenidən istiqamətləndirilməlidir.
Bu səbəbdən Kralın portreti Kraliçadan fərqli olaraq sola baxacaq şəkildə tərtib edilib.
Sikkənin üzərindəki latın yazısı ilə bunlar yazılıb:
“CHARLES III. D.G. REX. F. D. 5 Pound. 2022”.
Bu sözlər, “Allahın lütfü ilə Kral III. Çarlz, İnamın Müdafiəçisi" deməkdir.

