Hərbçi “KamAZ”ı çağırışçıların üzərinə sürdü - Rusiyada faciə

16:19 - 28 Oktyabr 2022

Hərbçi “KamAZ”ı çağırışçıların üzərinə sürdü - Rusiyada faciə

Rusiyada Arxangelsk vilayətinin yaxınlığındakı hərbi poliqonda faciə baş verib.

 

Manset.az xəbər verir ki, müqavilə əsasında Rusiya Silahlı Qüvvələrində xidmət etməyə gedən 22 yaşlı İsrapil adlı şəxs “KamAZ” hərbi avtomobilini çağırışçıların üzərinə sürüb.

Mirnı şəhərinə yaxın ərazidə baş verən dəhşətli hadisə nəticəsində bir nəfər ölüb, digəri isə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Daha 11 çağırışçı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faciənin başvermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az