Baykar-ın baş direktoru Haluk Bayraktar Ukraynada qurulacaq fabrik ilə bağlı mühüm açıqlamalar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bayraktar, "Hazırda memarlıq layihəmiz var. Layihənin təfərrüatlı mərhələsi başa çatıb. Qarşıda əsas olaraq tikinti işləri qalıb. İki ilə bitirmək istəyirik" - deyib.
O, bildirib ki, Rusiyanın Ukraynanı işğal etməsi ilə bağlı bəzi çətinliklərlə üzləşməsinə baxmayaraq, sözügedən planda irəliləyiş əldə ediblər.