Türkiyənin Zonguldak şəhərində faciəvi hadisə baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yük maşınındakı yüklərin bir hissəsi boşalmadığına görə nəzarət etmək istəyən Adil Yücedağ arxa qapının qəfil bağlanması nəticəsində başı qapının arasında qalıb.
Hadisə yerinə polis və tibb işçiləri göndərilib. Yücedağın keçindiyi məlum olub.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.