Covid-19-un 2 yeni variantı aşkar edildi

21:53 - 28 Oktyabr 2022

Covid-19-un 2 yeni variantı aşkar edildi

Böyük Britaniya Covid-19-un iki yeni variantının aşkar edildiyini açıqlayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Məlumatda, “Omicron” variantının bir çox alt versiyalarının yayıldığı qeyd olunub.

Açıqlamada, gələcək tədqiqatlar üçün Covid-19 virusunun “Omicron” variantının alt versiyasına “BQ.1” və “XBB” adlarının verildiyi bildirilib.

UKHSA rəsmisi Mira Çand, ““SARS-CoV-2”nin yeni variantlarının ortaya çıxması gözlənilməz deyil. “BQ.1” və “XBB” variantları narahatlıq doğuran növ kimi müəyyən edilməyib. UKHSA həmişə olduğu kimi vəziyyəti diqqətlə izləyir”, - qeyd edib.

O, variantlara qarşı ən yaxşı müdafiənin Covid-19-a qarşı hazırlanmış peyvəndlər olduğunu vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az