Türkiyənin Alanya şəhərində sahibinin sərinləmək üçün dənizə apardığı eşşək boğulub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Alanyanin "Kleopatra" çimərliyində baş verib. Belə ki, Mehmet adlı vətəndaş sərinləmək üçün eşşəyi ilə birgə dənizə girib.
Bir müddət sonra sahibi suda çırpınan uzunqulağı ətrafdakı insanların köməyilə dənizdən çıxardıb.
Heyvana süni tənəffüs verən Mehmetin bütün səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Göz yaşlarına hakim ola bilməyən Mehmeti ətrafdakı turistlər sakitləşdirməyə çalışıb.
Hadisə yerinə Alanya Bələdiyyəsinin nümayəndələri gəlib və heyvanı basdırmaq üçün ərazidən götürüblər.