Ukrayna və Rusiya əsir mübadiləsi etdi

17:02 - 29 Oktyabr 2022

Ukrayna və Rusiya əsir mübadiləsi etdi

Ukrayna və Rusiya arasında hərbi əsirlərin mübadiləsi baş tutub.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Tvitterdə yazıb.

"Daha bir əsir mübadiləsi aparıldı. 52 nəfər - zabitlərimizi, həkimlərimizi, çavuşlarımızı, əsgərlərimizi azad etdik", - A.Yermak vurğulayıb.

Onun sözlərinə görə, azad olunanlar arasında Ukrayna Milli Qvardiyasının hərbçiləri, "Azov" batalyonunun döyüşçüləri, Hərbi Dəniz Qüvvələrinin hərbçiləri var.

Yermakın sözlərin görə, iki mülki şəxs də azad olunub.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi də hərbi əsirlərin mübadiləsini təsdiqləyib. Rusiya tərəfinə Ukrayna tərəfində saxlanılan 50 hərbçi qaytarılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az