Rusiya bu məşhurları titullarından məhrum edəcək - Foto

17:56 - 29 Oktyabr 2022

Rusiya bu məşhurları titullarından məhrum edəcək - Foto

Rusiya Ukraynanı dəstəkləyən bir sıra ulduzları bütün titullardan məhrum etmək istəyir.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, artıq Rusiya Mədəniyyət Nazirliyi müvafiq qanun layihəsinə baxır.

Belə ki, nazir Ukraynaya dəstək verən Alla Puqaçova, Maksim Qalkin, Andrey Makareviç və digər rus ulduzlarını bütün titullarından məhrum edilməsi məsələsini nəzərdən keçirir. 

“Bildiyiniz kimi, hazırda bu məsələ qanun layihəsinin hazırlanması mərhələsindədir. Amma qanuna çevrilsə, “SVO”ya (Rusiyada müharibə belə adlanır) ictimai dəstək verməyənlər “xalq” və “ləyaqətli”lər sıralarından uzaqlaşdırılacaq”, - deyə Rusiya mətbuatında bildirilib. 

Həmçinin, Ukraynaya dəstək verən ulduzların vətəndaşlığının da ləğv edilməsi məsələsi müzakirə olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az