“Hellouin” bayramı faciə ilə bitdi: İzdihamda 59 nəfərin həyatını itirdi - VİDEO

23:15 - 29 Oktyabr 2022

“Hellouin” bayramı faciə ilə bitdi: İzdihamda 59 nəfərin həyatını itirdi - VİDEO

Cənubi Koreyanın paytaxtı Seulda “Hellouin” (“Halloween”) bayramını qeyd etməyə toplaşanlar faciə yaşayıblar.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, şənliyi meydanda davam etdirmək istəyən şəxslər konsert zalını tərk edərkən çıxışda izdiham yaşanıb.

Sıxlıq nəticəsində insanlar kütləvi şəkildə boğulmağa başlayıblar.

Son məlumata görə, insident nəticəsində 59 nəfərin ürəyi dayanıb və onlar həyatını itiriblər. 150 nəfərin tənəffüsündə problemlər yaranıb.

Hadisə yerinə onlarla təcili tibbi yardım xidmətinin briqadaları cəlb edilib.

Hələlik hadisənin digər təfərrüatları məlum deyil.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az