Bayden Konqresə aralıq seçkilərdə erkən səs verdi

10:28 - 30 Oktyabr 2022

Bayden Konqresə aralıq seçkilərdə erkən səs verdi

ABŞ Prezidenti Cozef Bayden şənbə günü Konqresə aralıq seçkilərdə erkən səs verib.

Manset.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı Delaver ştatının Uilminqton şəhərindəki seçki məntəqəsinə seçkilərdə ilk dəfə səs verən 18 yaşlı nəvəsi Natali ilə gəlib.

Qeyd edək ki, Konqresə aralıq seçkilər noyabrın 8-də keçiriləcək. Prosesdə Nümayəndələr Palatasının 435 üzvünün hamısı və senatorların üçdə biri seçiləcək.

Respublikaçıların qanunverici orqanın hər iki palatasında təmsilçiliyini artıracağı proqnozlaşdırılır ki, bu da onlara demokrat Prezidentin təkliflərinin həyata keçirilməsinə mane olmaq imkanı verəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az