Livan Prezidenti hökuməti istefaya göndərdi

14:17 - 30 Oktyabr 2022

Livan Prezidenti hökuməti istefaya göndərdi

Livan Prezidenti Mişel Aun mayın 15-də keçirilən parlament seçkilərindən sonra müvəqqəti fəaliyyət göstərən hökuməti istefaya göndərib.

 

Manset.az xəbər verir ki, bu barədə "Əl-Cedid" telekanalı məlumat yayıb.

Dövlət başçısı yeni kabinetin yaradılması haqqında fərmanı Baş nazir Nəcib Mikati ilə fikir ayrılığına görə imzalamayıb.

Bundan əvvəl bildirilirdi ki, Aun iqamətgahı rəsmi olaraq oktyabrın 31-də başa çatacaq səlahiyyət müddətinin bitməsinə bir gün qalmış tərk edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az