“Putin hələ də Ukrayna ilə bağlı danışıqlara hazırdır” - Lavrov

14:23 - 30 Oktyabr 2022

“Putin hələ də Ukrayna ilə bağlı danışıqlara hazırdır” - Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya prezidenti Vladimir Putin və ölkə rəhbərliyi hələ də Ukrayna barədə danışıqlara hazırdır.

 

Manset.az xəbər verir ki, Lavrov bunu Rusiyanın Birinci Kanalının nümayiş etdirdiyi sənədli filminə müsahibəsində deyib.

“Rusiyanın, o cümlədən prezidentinin danışıqlara hazırlığı dəyişməz olaraq qalır” – Lavrov bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Rusiya gərginliyi azaltmaq üçün Qərbin təkliflərini dinləməyə hər zaman hazır olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az